Logo
    main-post-cover

    Even G2 ağıllı eynəyi kameradan imtina etdi

    Cihazlar+
    13.07.2026
    Sevinj
        Ağıllı eynəklər bazarında rəqabət sürətlə artsa da, şirkətlərin yanaşmaları bir-birindən xeyli fərqlənir. Even Realities yeni təqdim etdiyi G2 modeli ilə Meta kimi rəqiblərdən fərqli yol seçərək kameradan və dinamiklərdən tamamilə imtina edib. Şirkət hesab edir ki, ağıllı eynəklər insanların ətrafdakıları lentə almasından daha çox məhsuldarlığı artırmağa xidmət etməlidir.
    Even Realities G2 Glasses case
        Even G2 zahirən adi eynəyə bənzəsə də, istifadəçinin görmə sahəsində yaşıl rəngli monoxrom məlumatları göstərən "head-up display" (HUD) ekranına malikdir. Yeni model əvvəlki G1 versiyası ilə müqayisədə daha parlaq, 1200 nit parlaqlıq, 60 Hz yenilənmə tezliyi və 75 faiz daha böyük görüntü sahəsi təklif edir. Mikrofonların sayı da ikidən dördə yüksəldilib.
        Even Realities kameranı bilərəkdən məhsuldan çıxarıb. Şirkətin fikrincə, bu yanaşma həm məxfiliyi qoruyur, həm də istifadəçilərin ətrafındakı insanların narahatlığını aradan qaldırır. Bunun əvəzinə əsas diqqət iş görüşləri, təqdimatlar və gündəlik məhsuldarlıq funksiyalarına yönəldilib. Even G2 görüşlər və beynəlxalq səfərlər üçün nəzərdə tutulub. Eynək real vaxt rejimində müxtəlif dilləri tərcümə edə bilir. Sınaqlar zamanı Çin dilindən tərcümələrin kifayət qədər uğurlu olduğu qeyd olunur.
    Paylaş