
Evli cütlük iPhone 14 almaq üçün 8 aylıq övladını satıb
Əksər istifadəçilərin iPhone smartfonlarını artıq uzun müddətdir ki, dəbdəbəli həyat göstəricisi hesab etmədiklərinə baxmayaraq hər yeni iPhone seriyasının satışlarına start verilən zaman mağazaların önündəki uzun sıralar və Apple smartfonunu almaq üçün böyrəyin satılması ilə bağlı olan zarafatlar aktual olaraq qalırlar. Hindistanın şərqində yerləşən Qərbi Benqaliya ştatındakı cütlük yeni iPhone-nun əldə edilməsi üçün öz övladını sataraq bu məsələdə daha da irəli gedib. Bu məsələnin üstünün açılmasında cütlüyün qonşuları iştirak ediblər.
Belə ki, qonşular bu ailənin 8 aylıq oğlan övladının artıq nədənsə gözə dəymədiyini və üstəlik cütlüyün aşağı maddi imkan şəraitində yaşadığına baxmayaraq yeni onların yeni iPhone almalarına fikir veriblər. Nəticədə qonşular bu məsələ ilə bağlı polisə müraciət ediblər. Nəticədə məlum olub ki, ailə öz 8 aylıq övladını satıb və əldə edilmiş pul ilə iPhone 14 alıb. iPhone 14 alışından sonra yerdə qalan pul vasitəsilə isə cütlük ştat üzrə səyahətə çıxıb. Bununla yanaşı polislər aşkar ediblər ki, cütlük həmçinin 7 yaşlı qız övladını da satmağa cəhd göstərib. Satılmış uşağın bioloji anası və uşağı almış digər qadın yaxalanaraq həbs olunublar. Kişi isə nədənsə azadlıqda qalıb.
Paylaş
Bənzər xəbərlər