
Exynos 2400 prosessoru Galaxy S24 smartfonlarında məhdud sayda istifadə ediləcək
Son zamanlarda ortaya çıxan məlumatlara əsasən Samsung şirkəti gələn ilin əvvəlində Galaxy S24 smartfonlarının Exynos 2400 prosessoruna sahib versiyalarını təqdim edəcək. Analitiklərin vermiş olduqları yeni məlumata əsasən Samsung şirkətinin növbəti flaqman prosessoru olacaq Exynos 2400 bu ilin sonuna kimi təqdim ediləcək. Bundan əlavə olaraq verilmiş məlumatda qeyd edilib ki, Galaxy S24 smartfon seriyasında sözügedən prosessor məhdud sayda istifadə ediləcək.
Lakin Galaxy S24 smartfonlarının hansı sayda modellərinin məhz bu prosessora sahib olacağı məlum deyil. Ola bilər ki, söhbət, şirkət üçün böyük olmayan bazarlardan gedir. Belə olacağı halda digər regionlarda Galaxy S24 smartfonları Snapdragon 8 Gen 3 prosessoruna sahib versiyalarda satışa çıxmalıdırlar. Şirkətin bu cür qərarı verəcəyi ehtimalı Snapdragon 8 Gen 3-ün Exynos 2400-dan daha yaxşı olacağına işarə edir.
Paylaş
Bənzər xəbərlər