
Exynos 2400 prosessorunu yalnız adi Samsun Galaxy S24 əldə edə bilər
Samsung Galaxy S24 smartfon seriyası barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Bu dəfə internetdə Galaxy S24 smartfonlarının hansı ölkələrdə hansı prosessorları əldə edəcəkləri və hansı texniki göstəricilərə sahib olacaqlarını əks etdirən səhifə ortaya çıxıb. Beləliklə səhifədəki məlumatlara əsasən Exynos 2400 prosessorunu yalnız adi Galaxy S24 modeli əldə edəcək. Bununla belə o, ABŞ və Kanada da Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Yəni smarton hətta Cənubi Koreya bazarında da Exynos 2400 prosessorunu əldə edəcək. Galaxy S24+ və S24 Ultra modellərinə gəldikdə isə onlar bütün regionlarda Snapdragon 8 Gen 3 prosessorunu əldə edəcəklər.
samsung galaxy s24
samsung galaxy s24 plus
samsung galaxy s24 ultra
galaxy s24
galaxy s24 plus
galaxy s24 ultra
samsung
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...