
Face ID texnologiyası hansı nəsil iPhone-lardan başlayaraq ekranın alt hissəsinə yerləşdiriləcək?
Hal-hazırda aktual olan iPhone smartfonlarında Face ID texnologiyası smartfonların ekranları üzərində olan çıxıntı hissəyə inteqrasiya edilir. Lakin son 1-2 ildə ortaya çıxmış məlumata əsasən Apple gələcəkdə sözügedən texnologiyanı iPhone-larda ekranın alt hissəsinə yerləşdirməyi planlaşdırır. Ross Young adlı məşhur insayder daha öncəki proqnozlarında bildirirdi ki, bu, artıq 2025-ci ildə baş verə bilər. Lakin insayder öz yeni proqnozunda bu mövzuda fərqli müddəti açıqlayıb.
Onun sözlərinə əsasən Face ID texnologiyasının ekranın alt hissəsinə yerləşdirilməsi 2026-cı ildə iPhone 18 Pro və iPhone 18 Pro Max modellərində reallaşdırılacaq. Adi iPhone ilə iPhone Plus-ın isə bu cür özəlliyi ya 2027-ci ya da 2028-ci ildə əldə edəcəkləri gözlənilir. Bununla yanaşı Ross Young bildirib ki, gələn il təqdim ediləcək bütün iPhone 17 modellərinin ekranları LTPO texnologiyası əsasında hazırlanacaq. Bu isə o deməkdir ki, gələn ilki bütün iPhone 17 modellərinin ekranları batareya enerjisini qoruyub saxlamaqla daimi şəkildə aktiv qala biləcəklər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...