Logo
    main-post-cover

    FCC SpaceX-ə daha 7500 Starlink peyki üçün icazə verdi

    Cihazlar+
    12.01.2026
    Sevinc
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ Federal Rabitə Komissiyası (Federal Communications Commission) SpaceX şirkətinə daha 7500 ədəd ikinci nəsil Starlink peyki buraxmaq üçün rəsmi icazə verib. Bununla da, Starlink layihəsi çərçivəsində orbitdə fəaliyyət göstərəcək peyklərin ümumi sayı 15 minə çatacaq.
    Starlink Tracker | Starlink Satellite Train 2026 Schedule | Find Starlink |  Elon Musk Satellites | Star Walk
        FCC-nin qərarı təkcə peyklərin sayının artırılmasını deyil, həm də Starlink xidmətlərinin funksional imkanlarının genişlənməsini nəzərdə tutur. Yeni icazə çərçivəsində Starlink peykləri beş fərqli tezlik diapazonunda işləyə, ABŞ-dən kənarda birbaşa mobil rabitə (direct-to-cell) xidmətləri göstərə, eyni zamanda ABŞ daxilində əlavə əhatə təmin edə biləcək. Reuters agentliyinin məlumatına görə, SpaceX əslində əlavə 15 min peyk üçün müraciət edib. Lakin FCC hələlik bu peyklərdən yalnız 7 500-nə icazə verib, qalan 14 988 peykin təsdiqini isə təxirə salıb.
        Qərara əsasən, SpaceX icazə verilmiş peyklərin 50 faizini 1 dekabr 2028-ci ilə qədər, qalan 50 faizini isə 2031-ci ilin dekabr ayına qədər orbitə çıxarmalıdır.
    Paylaş