Logo
    main-post-cover

    Flaqman Exynos prosessoru 2026-cı ildə Samsung Galaxy smartfonlarına geri qayıdacaq

    Cihazlar+
    13.12.2024
    Emil
        Artıq məlumdur ki, gələn ayın sonunda təqdim olunacaqları gözlənilən bütün Galaxy S25 smartfonlarında Snapdragon 8 Elite prosessorundan istifadə ediləcək. Lakin Samsung flaqman Exynos prosessorlarını öz smartfonlarına geri qaytarmağa hədfələnib. Belə ki, ortaya çıxmış yeni məlumata əsasən şirkət 2026-cı ildə təqdim olunacaq Galaxy S26 smartfon seriyasında flaqman Exynos prosessorundan istifadə edəcək. Ortaya çıxmış məlumatda qeyd edilib ki, Galaxy S26 və S26+ modelləri Exynos prosessoru vasitəsilə, S26 Ultra modeli isə Snapdragon prosessoru vasitəsilə çalışacaq.
         Samsung şirkəti Qualcomm-dan asılılığını aşağı salmağa və Koreya valyutasının dəyərinin aşağı düşməsi səbəbilə import olunan komponentlərdə qiymət artımını kompensasiya etməyə çalışır. Məlumata əsasən Samsung Exynos prosessorlarının istehsalı mövzusundakı problemləri həll edib və yaxın gələcəkdə onların öz smartfonlarına geri qayıdacaqlarına ümid bəsləyir. Qeyd etmək lazımdır ki, dünən məlumat ortaya çıxdı ki, gələn il təqdim olunacaq qatlana bilən Galaxy Z Flip 7 smartfonu Exynos 2500 prosessoru vasitəsilə çalışacaq.
    Paylaş