main-post-cover

    Flaqman kimi smartfon: Orta büdcəli OnePlus Nord modeli təqdim olundu - QİYMƏTİ

    Cihazlar+
    21.07.2020
    Emil Nəcəfov
        Dünyada ilk dəfə artırılmış reallıq rejimi vasitəsilə keçirilmiş təqdimat tədbiri çərçivəsində OnePlus şirkəti Nord adlı smartfonu təqdim etdi. Sözügedən model şirkətin tamamilə yeni smartfon seriyasına start verir. Orta büdcəli bu smartfonun hazırlanması zamanı şirkət istifadəçilərə münasib qiymət müqabilində yüksək performans və çoxlu sayda funksionallıq təqdim etməyə öz diqqətini ayırıb. Beləliklə OnePlus Nord smartfonu Full HD+ keyiyyətli 6.44 düym yastı AMOLED ekrana sahibdir.
        Ekran 90 Hz-lik təsvir yenilənməsini dəstəkləyir və onun yuxarı sol hissəsində ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı yerləşdirilib. Üstəlik smartfonun ekranı Gorilla Glass 5 qoruyucu şüşəsi ilə də əhatə edilib. Qeyd etmək lazımdır ki, bu, şirkətin ikili ön kamera əldə etmiş ilk smartfonudur. Bununla yanaşı barmaq izi skanı texnologiyası ekrana inteqrasiya edilib.
        Əsas texniki göstəricilərə gəldikdə isə OnePlus Nord modeli 8 nüvəli Snapdragon 765G prosessoru, 6/8/12 GB RAM, 64/128/256 GB daxili yaddaş həcmi, 48 MP (f/1.75 diafraqmalı Sony IMX586, OIS + EIS) + 8 MP (119 dərəcə bucaq təsvirli obyektiv) + 5 MP (ToF modul) + 2 MP (makroobyektiv) dördlü arxa kamera, 32 MP (f/2.45 diafraqmalı Sony IMX616) + 8 MP (119 dərəcə bucaq təsvirli obyektiv) ikili ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 4115 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Yüksək sürətli şarj texnologiyası vasitəsilə smartfon 70% enerjini 30 dəqiqəyə yığır. OnePlus Nord OxygenOS 10.5 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. OnePlus Nord 4 avqust tarixində satışa çıxacaq. 8 GB RAM və 128 GB daxili yaddaşa sahib model 399 avroya, 12 GB RAM və 256 GB daxili yaddaşa sahib model isə 499 avroya satılacaq. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib model bu ilin sentyabr ayında satışa çıxacaq.
    Linki kopyala