Foldable iPhone yaxınlaşır?
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Apple-ın qatlanan iPhone modeli ilə bağlı şayiələr yenidən gündəmə gəlib. Tanınmış texno-bloqer Jon Prosser yeni videosunda Apple-ın ilk foldable iPhone-u barədə indiyə qədər formalaşmış məlumatları bir araya gətirib. Bununla belə, Prosser-in bu məlumatları öz mənbələrindən əldə edib-etmədiyi, yoxsa artıq mövcud olan hesabatları fakt kimi təqdim edib-etmədiyi aydın deyil. Çünki foldable iPhone haqqında əsas məlumatlar indiyə qədər daha etibarlı mənbələr olan Mark Gurman və Ming-Chi Kuo tərəfindən paylaşılıb.
Prosser-in videosu yeni detallar təqdim etməsə də, indiyə qədər yayılan şayiələrin hansı nöqtədə birləşdiyini göstərən yaxşı icmal hesab olunur. Məlumatlara görə, Apple-ın qatlanan iPhone modeli kitab tipli dizayna, yüksək qiymət seqmentinə və ehtimal ki, gələn il təqdimata hazır ola bilər. Bu isə onu Samsung Galaxy Z Fold kimi modellərə birbaşa rəqibə çevirir.
Apple hələlik bu mövzu ilə bağlı rəsmi açıqlama verməyib. Ancaq təqdimata bir ildən az vaxt qaldığı iddia edildiyi üçün, yaxın aylarda sızıntıların və şayiələrin daha da artacağı gözlənilir.
Paylaş