Logo
    main-post-cover

    Foxconn şirkəti Hindistanda artıq iPhone 17-nin hazırlanmasına start verib

    Cihazlar+
    30.10.2024
    Emil
         Apple şirkəti iPhone 17 smartfon seriyasını gələn ilin ikinci yarısında təqdim edəcək. Lakin The Information saytının vermiş olduğu məlumata əsasən Apple şirkətinin iPhone istehsalı ilə məşğul olan partnyoru Foxconn şirkəti Hindistanın Banqalor adlı şəhərində yerləşən zavodunda adi iPhone 17-nin hazırlanmasına artıq start verib. Məlumatda qeyd edilib ki, hindistanlı mühəndislər artıq iPhone 17-nin prototipləri üzərində çalışmağa başlayıblar.
        Həmin prototiplər Apple tərəfindən təyin edilmiş keyfiyyət tələblərini qarşılamalıdırlar. Jeff Pu adlı məşhur analitik öz növbəsində iPhone 17-nin sahib ola biləcəyi mümkün özəllikləri açıqlayıb. Beləliklə analitikin sözlərinə əsasən iPhone 17 smartfonu 6.1 düym ölçülü ekranı əldə edə və Apple A19 prosessoru vasitəsilə çalışa bilər. Bununla yanaşı smartfon 8 GB RAM-a, 24 MP-lik ön kameraya və 48 MP + 12 MP ikili arxa kameraya sahib ola bilər. 
    Paylaş