Logo
    main-post-cover

    Fubo aylıq abunə qiymətlərini endirdiyini elan edib

    Cihazlar+
    12.12.2025
    Sevinc
        Technote.az “Ars Technica” platformasına istinadən bildirir ki, idman yönümlü canlı TV yayım platforması olan Fubo striminq bazarında nadir hallarda rast gəlinən bir qərar verərək bəzi abunə paketlərinin aylıq qiymətlərini aşağı saldığını açıqlayıb. Şirkətin bildirdiyinə görə, yeni qiymətlər 1 yanvar 2026-cı ildən sonrakı ödəniş dövrlərindən etibarən qüvvəyə minəcək.
        Disney-in oktyabr ayında Fubo-nu satın almasından sonra verilən bu qərar “Live TV” paketlərinə aiddir. Həmin paketlərdə idman kanalları ilə yanaşı FX və Disney Channel kimi qeyri-idman kanalları da yer alır. Qiymət endirimi bəzi paketlərdə 14,8 faizə qədər çatır.
        Yenilənmiş qiymətlər belədir:
    • Essential: ayda 74 dollar (əvvəllər 85 dollar)
    • Pro: ayda 75 dollar (əvvəllər 85 dollar)
    • Elite: ayda 84 dollar (əvvəllər 95 dollar)
        Bu addımın əsas səbəblərindən biri Fubo ilə NBCUniversal arasında yaranmış mübahisədir. Noyabrın 21-dən etibarən Fubo platformasında NBCUniversal-a məxsus kanallar yayımlanmır. Siyahıya yerli NBC kanalları, Telemundo, 9 regional idman kanalı və Bravo, CNBC, MSNBC, USA Network daxil olmaqla ümumilikdə 30-dan çox kanal daxildir. Fubo bu səbəbdən istifadəçilərə 15 dollarlıq kredit də təqdim edib. Fubo NBCUniversal-ı kanallara görə həddindən artıq yüksək qiymət tələb etməkdə və istifadəçiləri maraqlandırmayan kanalları paketlərə məcburi şəkildə daxil etməyə çalışmaqda ittiham edir. Şirkət həmçinin NBCUniversal-a məxsus Peacock platformasının Fubo daxilində inteqrasiyasına icazə verilmədiyini bildirir.
    Paylaş
    Bənzər xəbərlər