Logo
    main-post-cover

    Full HD görüntüdə çalışan 1000 Hz oyun monitoru təqdim edildi

    Cihazlar+
    19.05.2026
    Sevinj
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, LG yüksək yenilənmə tezliyinə malik yeni UltraGear oyun monitorunu təqdim edib. Şirkətin iddiasına görə, bu model dünyada Full HD (1920×1080 piksel) təsvir ölçüsündə yerli olaraq 1000 Hz yenilənmə tezliyini dəstəkləyən ilk oyun monitorudur. Yeni model xüsusilə rəqabətli FPS oyunları üçün nəzərdə tutulub.
    LG UltraGear 25G590B is the World's First Native 1000Hz Full HD monitor :  r/Amd_Intel_Nvidia
        İndiyə qədər bazarda Samsung və Acer tərəfindən təqdim edilən 1000 Hz monitorlar mövcud olsa da, onlar bu tezliyə çatmaq üçün istifadəçidən təsvir ölçüsünü azaltmağı tələb edirdi. Məsələn, həmin modellərdə 1000 Hz rejimi yalnız 720p çözünürlükdə aktiv olurdu. LG isə bildirir ki, yeni UltraGear monitoru Full HD keyfiyyətini qoruyaraq birbaşa 1000 Hz yenilənmə tezliyini təmin edir.
        Bu o deməkdir ki, ekran saniyədə 1000 dəfə yenilənir. Nəticədə hərəkətli obyektlər daha axıcı görünür, motion blur və görüntü titrəmələri azalır, eyni zamanda siçan və klaviatura əmrlərinin ekrana ötürülmə gecikməsi minimum səviyyəyə enir. Hazırda bazardakı əksər oyun monitorları 240 Hz səviyyəsində dayanır və bu göstərici əksər oyunçular üçün kifayət hesab olunur. Buna görə də 1000 Hz monitorun gündəlik istifadəçilər üçün nə qədər fərq yaradacağı hələ tam aydın deyil. Lakin peşəkar esports oyunçuları və rəqabətli FPS oyunçuları üçün bu model maraqlı seçim ola bilər.
        Yeni LG UltraGear modeli 24.5 düymlük IPS panel ilə təchiz olunub və ekranda əks olunmaları azaltmaq üçün xüsusi örtüyə malikdir. Monitor kompakt baza ilə gəlir, hündürlük və bucaq tənzimləməsini dəstəkləyir, həmçinin qulaqcıq asmaq üçün xüsusi qarmaq yerləşdirilib. Monitor süni intellekt funksiyalarını da dəstəkləyir. “AI Scene Optimization” funksiyası oynanılan janra uyğun görüntü parametrlərini avtomatik optimallaşdırır. “AI Sound” isə məkan səsi effekti təqdim edir. LG hələlik monitorun satış tarixi və qiyməti barədə məlumat paylaşmayıb.
    Paylaş