Logo
    main-post-cover

    Galaxy A15 büdcəli smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    15.11.2023
    Emil
         Samsung şirkətinin hal hazırda təqdimatına hazırlaşdığı Galaxy A15 smartfonunun Geekbench testlərindən keçdiyi məlum olub. Bunun sayəsində smartfonun bəzi özəllikləri ortaya çıxıb. Geekbench məlumatlarına əsasən sözügedən smartfon 2.2 GHz tezlikdə çalışan 2 ədəd güclü nüvəyə və 2.0 GHz tezlikdə çalışan 6 ədəd daha zəif nüvəyə sahib prosessor ilə təchiz olunub. Güman olunur ki, söhbət, MediaTek Dimensity 6100+ prosessorundan gedir.
         Bununla yanaşı məlum olub ki, smartfon 4 GB RAM-a və Android 14-ə sahibdir. Galaxy A15 Geekbench-in bir nüvəli testi çərçivəsində 664 xal, çox nüvəli testi çərçivəsində isə 1717 xal toplayıb. Gözləntilərə əsasən smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym ekran, 128 GB daxili yaddaş həcmi, 50 MP-lik əsas arxa kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy A15-in yaxın zamanda təqdim olunacağı güman edilir.
    Paylaş