Logo
    main-post-cover

    Galaxy A24 smartfonu Samsung tərəfindən nə qədər müddət ərzində dəstəklənəcək?

    Cihazlar+
    28.04.2023
    Emil
        Bir neçə müddət bundan öncə Samsung şirkəti Galaxy A24 smartfonunu təqdim etmişdi. İndi isə şirkətin bu smartfonu nə qədər müddət ərzində dəstəkləyəcəyi məlum olub. Verilmiş məlumata əsasən şirkət Galaxy A24 üçün 4 Android yenilənməsini təqdim etməyi planlaşdırır. Hal hazırda Galaxy A24 Android 13 vasitəsilə çalışır. Belə qənaətə gəlmək olar ki, smartfon dəqiq şəkildə Android 14-ü, Android 15-i, Android 16-nı və Android 17-ni əldə edəcək. Bunun olacağı halda Galaxy A24 Samsung-un ən uzun müddət ərzində dəstəklənmiş büdcəli smartfonu olacaq.
    Paylaş
    Bənzər xəbərlər