main-post-cover

    Galaxy A34 adlı yeni büdcəli smartfonun render fotoları təqdim edilib

    Cihazlar+
    24.11.2022
    Farid Pardashunas
        Samsung şirkəti Galaxy A seriyasında yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy A34 smartfon modelindən gedir. OnLeaks ləqəbli məşhur insayder isə öz növbəsində Galaxy A34-ün render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Galaxy A34-ün arxa paneli gələn il təqdim ediləcək Galaxy S23-ün arxa panelinə bənzəyəcək. Məlumata əsasən büdcəli Galaxy A34 smartfonu 6.5 düym AMOLED ekran ilə təchiz olunacaq və onun yuxarı mərkəz hissəsində damcı formalı çıxıntı yerləşəcək. Smartfon həmçinin özündə üçlü arxa kameranı birləşdirəcək. Smartfonun digər texniki göstəriciləri barəsində məlumat yoxdur. Galaxy A34 çox güman ki, 2023-cü ilin əvvəlində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər