main-post-cover

    Galaxy AI süni zəka funksiyaları Samsung Galaxy Watch və Galaxy Fit cihazlarında da istifadəyə veriləcək

    Cihazlar+
    21.02.2024
    Emil Nəcəfov
         Samsung şirkəti öz bloqunda anons edib ki, Galaxy AI adı altında olan süni zəka funksiyaları şirkətin taxıla bilən cihazlarına inteqrasiya ediləcək. Bu barədə məlumatı Samsung-un top menecerlərindən biri olan TM Roh təqdim edib. Məlumata əsasən Samsung Galaxy AI funksiyalarını Galaxy Watch smart saatları və Galaxy Fit smart qolbaqları üçün optimizasiya edəcək. Gələcəkdə isə süni zəka funksiyalarını şirkətin Galaxy Ring adlı smart üzüyü də əldə edəcək.
         Məlumatda konkret olaraq hansı Galaxy Watch və Galaxy Fit modellərinin süni zəka funksiyalarını əldə edəcəkləri qeyd edilməyib. Lakin TM Roh bildirib ki, Galaxy AI platformasının hal-hazırki vəziyyəti yalnız başlanğıcdır. Onun sözlərinə əsasən Galaxy S24 smartfonlarının hazırlanması zamanı şirkət mütəxəssisləri çoxlu sayda ideyalara və konseptlərə sahib olublar. Lakin həmin ideyalar ilə konseptlər hələ reallaşdırılmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung-un yeni qatlana bilən OLED ekranı hərbi standart testlərindən keçib
    samsung-un-yeni-qatlana-bilen-oled-ekrani-herbi-standart-testlerinden-kecib
    Samsung Galaxy F15 5G-nin təqdimatı anons edilib
    samsung-galaxy-f15-5g-nin-teqdimati-anons-edilib
    Samsung Galaxy Fit 3 smart qolbağının bütün texniki özəllikləri internetdə ortaya çıxıb
    samsung-galaxy-fit-3-smart-qolbaginin-butun-texniki-ozellikleri-internetde-ortaya-cixib
    Samsung Galaxy A55 5G şirkət saytında ortaya çıxıb
    samsung-galaxy-a55-5g-sirket-saytinda-ortaya-cixib
    Samsung Galaxy F15 5G-nin promo materialları ortaya çıxıb
    samsung-galaxy-f15-5g-nin-promo-materiallari-ortaya-cixib