Galaxy Fold 2-nin dizaynı sızdırılıb: Birinci Galaxy Fold-dan nə ilə fərqlənir?

Galaxy Fold 2-nin dizaynı sızdırılıb: Birinci Galaxy Fold-dan nə ilə fərqlənir?

Mobil Cihazlar
25.06.2020 PAYLAŞIM

    Samsung şirkəti avqust ayında təqdimat tədbiri keçirdəcək və həmin təqdimat çərçivəsində Galaxy Note 20 smartfon seriyasını təqdim edəcək. Bir sıra məlumatlara əsasən avqustdakı təqdimat zamanı şirkət həmçinin qatlana bilən Galaxy Fold 2 smartfonunu da təqdim edəcək. Bu səbəbdən də internetdə sözügedən smartfon barəsində daha çox məlumat ortaya çıxmağa davam edir.


    Belə ki, Ice Universe ləqəbli məşhur çinli insayder Galaxy Fold 2-nin keyfiyyətli render fotosunu təqdim edib və onun birinci Galaxy Fold-dan nə ilə fərqlənəcəyini qeyd edib. Bu barədə Mspoweruser.com saytı xəbər verib. İnsayderin verdiyi məlumata əsasən smartfonun 7.7 düym ekranı 3.8 mm qalınlığa sahib çərçivələr ilə əhatə olunacaq.

    Ön kamer isə diametri 4.8 mm olacaq kiçik dairəvi hissəsinin daxilində yerləşdiriləcək. Təqdim olunmuş fotoda birinci Galaxy Fold ilə Galaxy Fold 2 arasında müqayisə əks olunub. Son məlumat sızıntılarına əsasən Galaxy Fold 2 modeli 5G dəstəkli Snapdragon 865 prosessoru və 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy Fold 2-nin avqust ayında təqdim olunacağı güman edilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Büdcəli Google Pixel 4a-nın səhvən render fotosu sızdırılıb

Büdcəli Google Pixel 4a smartfonu barəsində artıq hər şey məlumdur. Lakin buna baxmayaraq Google şir..


iPhone 12 modelləri hansı həcmli batareyalara sahib olacaqlar?

Bu il təqdim olunacaq yeni iPhone modellərinin vacib özəllikləri barəsində məlumat sızıntılarına bat..


Galaxy Z Fold 2-nin (Galaxy Fold 2) təqdimatı gecikə bilər: Səbəb nədir?

Samsung şirkəti Galaxy Note 20 seriyasının təqdim olunacağı Galaxy Unpacked 2020 tədbirinin keçirilm..


Samsung-dan qəribə addım: Galaxy Note 20 başı bəlalı Exynos 990 ilə gələcək..

Son çıxan məlumatlara görə Samsung şirkəti Galaxy Note 20 modelində Exynos 992 əvəzinə Exynos 990-ı ..


iPhone 12 hansı qiymətə satılacaq?

Analitikin sözlərinə əsasən iPhone 12 qutusunda az sayda aksessuarın olması smartfonun qiymətinin aş..


Samsung şirkəti də öz smartfonlarının qutularını bu aksessuardan məhrum etməyi p..

Məlumatda qeyd edilib ki, Samsung gələn il bu ideyanı bir neçə smartfon modelində test etməyi planla..

×