main-post-cover

    Galaxy Fold Lite smartfonu nə zaman təqdim olunacaq və adi Galaxy Fold-dan nə ilə fərqlənəcək?

    Cihazlar+
    29.06.2020
    Farid Pardashunas
        Artıq daha öncədən internetdə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti qatlana bilən Galaxy Fold smartfon modelinin büdcəli versiyası üzərində çalışır. Güman olunurdu ki, şirkət həmin smartfonu bu il təqdim edəcək. Lakin görünür, büdcəli Galaxy Fold-u bu il gözləmək lazım deyil. Bu barədə Sammobile saytı xəbər verib.
        Yeni məlumat sızıntısına əsasən Galaxy Fold Lite smartfonunu avqust ayında Galaxy Note 20 seriyası ilə Galaxy Fold 2-nin təqdimatında gözləmək lazım deyil. Belə ki, şirkət büdcəli Galaxy Fold modelinin təqdimatını 2021-ci ilə təxirə salıb. Məlumatda qeyd olunub ki, Galaxy Fold Lite modelinin satış qiyməti 900$ təşkil edəcək. Qeyd etmək lazımdır ki, sözügedən smartfon Winner 2 kod adına sahibdir. O, Snapdragon 865 prosessoru vasitəsilə çalışacaq, lakin 5G dəstəyini əldə etməyəcək.
        Bundan əlavə olaraq smartfonun satış qiymətinin aşağı olması üçün Samsung şirkəti onda 2018, 2019 və 2020-ci illərdə istehsal edilmiş daxili komponentlərdən istifadə etmək niyyətindədir. Galaxy Fold Lite modelinin gövdəsi alüminium və şüşədən hazırlanmalıdır. Smartfon ekranının isə Ultra Thin Glass qoruyucu örtüyü ilə əhatə olunmasını gözləmək lazım deyil. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər