main-post-cover

    Galaxy Note 20 Ultra-nın fotoları Samsung-un rəsmi saytında aşkar ediliblər

    Cihazlar+
    02.07.2020
    Farid Pardashunas
        Galaxy Note 20 smartfon seriyasının təqdimatına hələ 1 aydan bir qədər çox vaxt qalıb. Lakin buna baxmayaraq Samsung şirkəti bu seriyaya daxil olacaq Galaxy Note 20 Ultra (və ya Galaxy Note 20+) modeli barəsində məlumat sızıntısına yol verib. Belə ki, Galaxy Note 20 Ultra modelinin fotoları Samsung-un Rusiya şöbəsi üzrə saytında aşkar edilib. Maraqlısı ondadır ki, həmin fotolar saytdakı Galaxy Note 8 bölməsində ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib.
        Aşkar edilmiş fotolardakı smartfon bir neçə müddət bundan öncə Galaxy Note 20 Ultra barəsində təqdim edilmiş render fotolardakı smartfona çox bənzəyir. Görünür, bunlar həqiqətən də Galaxy Note 20 Ultra modelinin rəsmi render fotolarıdır. Son məlumat sızıntılarına əsasən smartfon Snapdragon 865+ / Exynos 99 prosessoru, 16 GB RAM, 4500 mAh enerji tutumlu batareya, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası və 5G dəstəyi ilə təchiz olunacaq.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər