Galaxy Note 20 Ultra-nın real fotoları sızdırılıb
Cihazlar+
07.07.2020
Farid Pardashunas
Render fotoların sızıdırılmasından sonra Galaxy Note 20 Ultra smartfon modelinin real fotoları da sızıdırılıb. Sızdırılmış real fotolardan sözügedən smartfonun dizayn özəlliklərini müşahidə etmək olar. Bu barədə Gizmochina saytı xəbər verib. Smartfonun real fotolarını Jimmy is Promo adlı Youtube kanalının müəllifi təqdim edib. Təqdim edilmiş fotolarda Galaxy Note 20 Ultra modeli S Pen stilusu ilə birlikdə əks olunub. Real fotolara həmçinin smartfonun arxa kameraları da düşüblər.
Beləliklə həmin fotolar əvvəlki məlumat szıntılarını təsdiqləyirlər. Belə ki, əvvəlki məlumat sızıntalarında qeyd olunurdu ki, Galaxy Note 20 Ultra smartfonu periskop zoom obyektiv əldə edəcək. Galaxy Note 10+ modelindən fərqli olaraq Galaxy Note 20 Ultra-nın dizaynı iti gövdə bucaqları, daha nazik ekran çərçivələri, ekran üzərində ön kamera üçün daha kiçik dairəvi çıxıntı hissə və daha böyük əyilmə bucağına sahib ekran kənarları ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, Galaxy Note 20 seriyasının təqdimatı gələn ay baş tutmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)