main-post-cover

    Galaxy S10 Lite davamçısı: Samsung şirkəti Galaxy S20 Lite üzərində çalışır

    Cihazlar+
    13.06.2020
    Emil Nəcəfov
        Bu ilin əvvəlində Samsung şirkəti Galaxy S10 Lite smartfon modelini təqdim etmişdi. Ortaya çıxmış yeni məlumat sızıntısına əsasən şirkət həmin smartfonun davamçısı üzərində çalışır. Bu barədə Sammobile saytı xəbər verib. Galaxy S20 Lite modeli adi Galaxy S20 flaqman smartfonunun sadələşdirilmiş versiyası olacaq. Məlumatda qeyd edilib ki, sözügedən smartfon Galaxy S20 Fan Edition adını əldə edəcək. Smartfon SM-G780 (qlobal versiya) və SM-G781 (ABŞ versiyası) model nömrələrinə sahibdir.
        Qlobal versiya iki fərqli model ilə satışa çıxarılacaq. Onlardan biri 5G dəstəkli olacaq, digəri isə sadəcə 4G dəstəyini əldə edəcək. Lakin ABŞ bazarı üçün nəzərdə tutulmuş versiya yalnız 5G dəstəyi ilə satılacaq. Sadələşdirilmiş versiya 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq və One UI 2.5 istifadəçi interfeysinə sahib olacaq. Galaxy S20 Fan Edition-un hansı prosessor ilə təchiz ounacağı barəsində bir məlumat yoxdur. Lakin güman edilir ki, bu, Snapdragon 865 olacaq. Smartfonun yaxın zamanda təqdim olunmasını gözləmək lazım deyil. Çox güman ki, şirkət onu bu ilin sonunda təqdim edəcək.
    Linki kopyala