Galaxy S20 Fan Edition (S20 Lite) modelinin özəllikləri və təqdimat tarixi barəsində məlumat verilib

Galaxy S20 Fan Edition (S20 Lite) modelinin özəllikləri və təqdimat tarixi barəsində məlumat verilib

Mobil Cihazlar
17.07.2020 PAYLAŞIM

    Ice Universe ləqəbli məşhur çinli insayder Galaxy S20 Fan Edition (Galaxy S20 Lite) smartfon modelinin texniki özəllikləri və təqdimat tarixi barəsində məlumatlar verib. Onun sözlərinə əsasən Galaxy S20 Fan Edition modeli Snapdragon 865 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon 120 Hz tezlikli təsvir yenilənməsinə sahib AMOLED ekranla təchiz olunacaq və ekranın üzərində ön kamera üçün nəzərdə tutulmuş 3.3 mm diametrli dairəvi çıxıntı hissə yerləşəcək.

    Smartfon həm də IP68 standartına uyğun olaraq sudan və tozdan qorunmaq özəlliyini özündə birləşdirəcək. Əvvəlki məlumat sızıntılarına əsasən Galaxy S20 Fan Edition modeli minimum 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq və One UI 2.5 istifadəçi interfeysinə sahib olacaq. Əgər həç bir dəyişiklik olmasa smartfon bu ilin dördüncü rübündə təqdim olunacaq. Galaxy S20 Fan Edition-un qiymətinə gəldikdə isə o dəqiq şəkildə 1000$-dan aşağı olacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında Apple şirkətinin ilk qatlana bilən smartfonu barəsi..


Galaxy S21-in maya dəyərinin Galaxy S20-nin maya dəyərindən daha aşağı olduğu mə..

Counterpoint Research şirkətinin analitikləri Galaxy S21 ilə Galaxy S20 flaqman smartfonlarının iste..


Redmi-nin ilk gamer smartfonu K40 Gaming Edition təqdim olunub - QİYMƏTİ

Xüsusi təqdimat tədbiri çərçivəsində Redmi brendi özünün ilk gamer smartfonunu təqdim edib...


Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib

Apple yeni qatlana bilən smartfon dizaynını patentləşdirib. Patent sənədinə əsasən cihazın ekranı xa..


Məşhur analitik 2023-cü il iPhone modellərində olacaq dəyişikliklərdən xəbər ver..

Bu il təqdim olunacaq iPhone 13 barəsində məlumatların ortaya çıxmaqda davam etdiyi bir vaxtda məşhu..

×