Logo
    main-post-cover

    Galaxy S21-in maya dəyərinin Galaxy S20-nin maya dəyərindən daha aşağı olduğu məlum olub

    Cihazlar+
    27.04.2021
    Farid
        Counterpoint Research şirkətinin analitikləri Galaxy S21 ilə Galaxy S20 flaqman smartfonlarının istehsal qiymətlərini müqayisə ediblər. Tədqiqat çərçivəsində məlum olub ki, Galaxy S20 ilə müqayisədə Galaxy S21-in istehsalı Samsung şirkətinə daha ucuz başa gəlir. Məlumatda qeyd edilib ki, 128 GB daxili yaddaşa sahib Galaxy S21 Ultra modelinin istehsal xərci 533$ təşkil edir. Bu isə Galaxy S20 Ultra-nın istehsal xərcindən 7% aşağıdır. Bununla belə Galaxy S21-in performansı keçən ilki modeldən qat-qat yüksəkdir.
        Tədqiqata əsasən Samsung şirkəti millimetrlik diapazonlar üçün olan anten modullarının sayını azaldaraq Galaxy S21-in istehsal xərcini aşağı sala bilib. Bununla yanaşı şirkət bu ilki smartfonların komplektlərindən qulaqlıqları, şarj cihazlarını çıxardıb və smartfonlarda ToF kamera sensorundan imtina edib. Buna görə də Galaxy S20 və S20+ modelləri ilə müqayisədə Galaxy S21-in istehsal xərci 12%, S21+ modelinin istehsal xərci isə 13% aşağı düşüb. Qeyd etmək lazımdır ki, şirkət bu il həmçinin Galaxy S21 FE modelini də təqdim etməyi planlaşdırır. Onun avqust ayında təqdim olunacağı güman edilir.
    Paylaş
    Bənzər xəbərlər