main-post-cover

    Galaxy S22+ və S22 Ultra üçün olan sürətli şarj texnologiyası 45 vatt-lıq şarj gücünü cəmi 1 dəqiqə ərzində təmin edir

    Cihazlar+
    11.03.2022
    Farid Pardashunas
        Yeni Galaxy S22+S22 Ultra smartfonları 45 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyirlər. Qeyd etmək lazımdır ki, keçən ilki Galaxy S21 modelləri 25 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyirlər. Lakin məlum olub ki, yeni smartfonlarda reallaşdırılmış sözügedən sürətli şarj texnologiyası nəzərə çarpacaq dərəcədə fərqlilik yaratmır. Belə ki, Samsung-un şarj cihazı çox qısa müddət ərzində maksimal şarj gücünü təmin edir. Galaxy S22+ və S22 Ultra smartfonlarının qutularında şarj cihazı mövcud deyil. Alıcı 45 vatt gücündə olan şarj adapterini ayrıca 50$-a almalıdır. Beləliklə həvəskar şəxslər 5000 mAh enerji tutumlu batareyaya sahib olan Galaxy S22 Ultra modelinin şarj sürətini test ediblər.
        Məlum olub ki, 45 vatt gücündə olan şarj adapteri smartfonu 100%-lik enerji ilə 62 dəqiqəyə təmin edir. 25 vatt gücündə olan şarj adapteri vasitəsilə isə smartfon 100% enerjini 70 dəqiqə ərzində yığır. Göründüyü kimi göstəricilər arasındakı fərq o qədər də böyük deyil. Məlumata əsasən Galaxy S22+ və S22 Ultra üçün olan 45 vatt güclü şarj adapteri Samsung Fast Charging 2.0 standartını dəstəkləyir. 25 vatt gücündə olan şarj adapteri isə Samsung Fast Charging standartının dəstəyinə sahibdir. Aparılmış testlər çərçivəsində təyin olunub ki, 45 vatt gücündə olan şarj adapteri maksimal enerji gücünü yalnız 1 dəqiqə ərzində təmin edir.
        Şarj prosesinin yerdə qalan müddəti ərzində isə enerji gücü 30 vatt göstəricidə təmin edilir. Bu isə öz növbəsində nəyə görə 45 vatt gücündə olan şarj adapteri ilə 25 vatt gücündə olan şarj adapteri arasında böyük fərqin olmadığını açıq aydın göstərir. Məlumatda qeyd edilib ki, şarj adapterinin gücünün məhdudlaşdırılması smartfondakı batareyanın daha uzun müddət ərzində çalışması üçün atılmış bir addım kimi hesab edilir. Lakin əgər istifadəçi 25 vatt gücündə olan şarj adapterinə sahibdirsə, onun 45 vatt gücündə olan şarj adapterini almasına ehtiyac qalmır. Belə ki, alıcı bu adapterlər arasında heç bir ciddi fərqi hiss etməyəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər