main-post-cover

    Galaxy S23 Ultra-nın əsas arxa kamerası barəsində yeni məlumatlar verilib

    Cihazlar+
    30.11.2022
    Farid Pardashunas
        Ice Universe ləqəbli məşhur insayder Galaxy S23 Ultra smartfonu barəsində yeni məlumatları təqdim edib. Onun sözlərinə əsasən Samsung şirkəti Galaxy S22 Ultra-dan fərqli olaraq Galaxy S23 Ultra-nın çəkiliş imkanlarını təkmilləşdirəcək. İnsayder qeyd edib ki, Samsung-un yeni flaqman smartfonu vasitəsilə çəkiləcək fotolar daha detallı şəkildə olacaqlar. Smartfonun 200 MP-lik əsas kamerası vasitəsilə çəkiləcək fotolarda minimal sayda küy mövcud olacaq. Bununla yanaşı yeni smartfonun gecə rejimi çərçivəsində çəkiliş keyfiyyəti Galaxy S22 Ultra-nın gecə rejimində çəkiliş keyfiyyətindən daha yüksək olacaq. Galaxy S23 Ultra-nın teleobyektivi də təkmilləşdirməyə məruz qalacaq. Belə ki, zoom rejimində çəkiliş zamanı təsvir daha detallı görünəcək və süni zəka alqoritmi bu cür fotolarda rəqəmləri, hərfləri və digər elementləri daha dəqiq şəkildə bərpa edə biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər