
Galaxy S23 Ultra smartfonu iPhone 4-ün konstruksiya özəlliyini kopyalayıb
iFixit saytının mütəxəssisləri Samsung-un yeni flaqman smartfonu olan Galaxy S23 Ultra-nı hissələrə ayıraraq onun təmir olunma mümkünlüyünü qiymətləndiriblər. Məlum olub ki, daxili komponentlərin quraşdırılma tərzi baxımından Galaxy S23 Ultra modeli keçən ilki Galaxy S22 Ultra ilə eynidir. Lakin iFixit mütəxəssisləri aşkar ediblər ki, yeni smartfonda batareyanın çıxarılmasını rahatlaşdıran yenilik reallaşdırılıb və bu yenilik ilk dəfə iPhone 4 smartfonunda aşkar edilmişdi.
Söhbət, batareyanı əlavə alət olmadan çıxartmağa imkan verən lentdən gedir. Lakin bu halda da batareyanın smartfondan çıxarılması prosesində bir neçə nəfər iştirak edib. Belə ki, onlar smartfonun stol üzərində qalmasını təmin ediblər. iFixit mütəxəssisləri qeyd ediblər ki, Apple artıq uzun müddətdir ki, öz smartfonlarında konkret olaraq bu üsuldan istifadə etməsə də, buna yaxın imkanı reallaşdırır. Beləliklə Galaxy S23 Ultra-nın hissələrə ayrılmasından sonra iFixit mütəxəssisləri smartfonun təmir olunma mümkünlüyünü 10 xaldan 4 xal ilə qiymətləndiriblər.
Paylaş
Bənzər xəbərlər