Logo
    main-post-cover

    Galaxy S23 Ultra smartfonunun əsas kamerası vasitəsilə çəkilmiş ilk foto təqdim edilib

    Cihazlar+
    15.11.2022
    Emil
        Ice Universe ləqəbli məşhur insayder hələ təqdim edilməmiş Galaxy S23 Ultra smartfon modelinin kamerası vasitəsilə çəkilmiş fotonu təqdim edib. İnsayder tərəfindən Çinin Weibo sosial şəbəkəsində təqdim edilmiş fotoda balqabaq əks olunub. Fotonun maraqlı tərəfi ondan ibarətdir o, müxtəlif smartfonların kameraları arasındakı fərqi əks etdirir. Belə ki, fotoda həmçinin Galaxy S22 Ultra Google Pixel 7 Pro tərəfindən çəkilmiş fotolar da var. Yəni eyni balqabaq 3 fərqli smartfonun kamerası tərəfindən çəkilib. Hər üç smartfonda f/1.7 diafraqmalı əsas arxa kameradan və rəqəmsal zoom rejimindən istifadə edilib.
        Beləliklə fotolardan da görmək olar ki, Galaxy S23 Ultra modeli digər smartfonlardan fərqli olaraq tapşırığın öhdəsindən daha yaxşı gəlib. Samsung-un gələn ilin əvvəlində təqdim edəcəyi smartfonun kamerası vasitəsilə çəkilmiş foto daha detallı alınıb. Bu cür nəticənin əldə edilməsində isə smartfona 200 MP-lik əsas arxa kamerası kömək edib. Bəzi məlumatlara əsasən Galaxy S23 Ultra modeli 200 MP-lik əsas arxa kameradan əlavə olaraq 12 MP-lik ultragenişbucaqlı obyektiv, 3 qat optik zoom-a sahib 10 MP-lik teleobyektiv və 10 qat optik zoom-a sahib əlavə 10 MP-lik teleobyektiv əldə edəcək.
    Paylaş
    Bənzər xəbərlər