main-post-cover

    Galaxy S23+ Samsung şirkətinin sonuncu Galaxy S+ modeli ola bilər

    Cihazlar+
    11.01.2023
    Emil Nəcəfov
        Samsung şirkəti hər yeni Galaxy S flaqman smartfon seriyası çərçivəsində 3 model təqdim edir. Adi Galaxy S, Galaxy S+ Galaxy S Ultra. Keçən il təqdim edilmiş Galaxy S22 smartfon seriyasında mövcud olan Galaxy S22+ modeli adi Galaxy S22-dən ekran ölçüsü, batareya həcmi və şarj texnologiyasının gücü ilə fərqlənir. Lakin Ice Universe ləqəbli məşhur insayderin verdiyi yeni məlumata əsasən yaxın zamanda təqdim ediləcək Galaxy S23 smartfon seriyasındakı Galaxy S23+ modeli şirkət tərəfindən hazırlanan sonuncu Galaxy S+ modeli olacaq. İnsayder həmçinin bunun mümkün səbəbini də açıqlayıb.
        İnsayder öz bloqunda The Elec saytının məqaləsinin bir hissəsini təqdim edib və orda qeyd edilib ki, satılmış bütün Galaxy S22 modelləri arasında Galaxy S22+ modelinin satış göstəriciləri 17%-ə çatıb. Məhz bu səbəbdən Galaxy S23+ modeli şirkətin sonuncu Galaxy S+ modeli ola bilər. Bunun olacağı halda artıq Galaxy S24 smartfon seriyasında 2 model mövcud olacaq: Galaxy S24 və Galaxy S24 Ultra. İnsayderin sözlərinə əsasən kiçik satış göstəricilərinin əsas səbəbi şirkətin səhv strategiyadan istifadə etməsindədir. Belə ki, adi Galaxy S22 ilə müqayisədə Galaxy S22+ alıcılara çox az üstünlüklər təklif edir. Bununla belə onu almaq üçün daha çox pul ödəmək lazım gəlir.
    Linki kopyala