
Galaxy S24-ün süni zəka funksiyaları Samsung-un digər smartfonlarında istifadəyə veriləcəkmi?
Cihazlar+
18.01.2024
Emil
Samsung şirkəti Galaxy S24 smartfon seriyası çərçivəsində Galaxy AI adlı süni zəka funksiyalarını təqdim edəndən sonra istifadəçilərdə belə bir sual yarandı. Həmin süni zəka funksiyaları Samsung-un daha öncəki flaqman cihazlarında istifadəyə veriləcəkmi? Samsung öz növbəsində bu məsələyə aydınlıq gətirib. Şirkət bildirib ki, Galaxy S24 seriyası çərçivəsində təqdim edilmiş süni zəka funksiyaları Samsung-un daha öncəki bəzi cihazlarında da istifadəyə veriləcək. Şirkət bildirib ki, bu ilin birinci yarısında süni zəka funksiyaları Galaxy S23 seriyasında, Galaxy S23 FE smartfonunda, qatlana bilən Galaxy Z Fold 5 və Z Flip 5 smartfonlarında və eləcə də Galaxy Tab S9 planşet seriyasında istifadəyə veriləcək.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
