Galaxy S26 Ultra-nın ən diqqətçəkən yeniliyi!
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Galaxy S26 Ultra real olaraq iPhone-dan imtina etməyə vadar edə biləcək bir xüsusiyyət təqdim edir. Bu, nə telefonun incəliyi, nə də çəkisidir. Baxmayaraq ki, cihaz xeyli yüngül və zərif görünür. “Cobalt violet” adlı tünd bənövşəyi rəng seçimi də diqqət çəkir. Kamera göstəriciləri isə texniki baxımdan çox güclüdür. Hətta arxa hissədəki daha kompakt 3 kameralı dizayn, bəzi istifadəçilərə görə iPhone 17 modelindəki böyük kamera çıxıntısından daha estetik görünə bilər.
Galaxy S26 Ultra “shoulder surfing” adlanan, yəni yanınızda duran şəxsin ekrana baxaraq məlumatları görməsi probleminə qarşı xüsusi “privacy screen” (məxfilik ekranı) funksiyası təqdim edir. Lakin əsas yenilik bundan da maraqlıdır. İstifadəçi bu məxfilik qorumasını yalnız bildirişlər üçün aktiv edə bilir. Bu o deməkdir ki, siz dostunuza telefonunuzda bir şəkil, menyu və ya sosial şəbəkə paylaşımı göstərərkən ekrana gələn şəxsi mesaj və ya bildirişlər yan bucaqdan demək olar ki, görünməz olur. Ekran bir qədər əyilən kimi bildiriş hissəsi bozlaşır və oxunmaz hala gəlir. Beləliklə, həm paylaşım edə, həm də şəxsi məlumatlarınızı qorumuş olursunuz.
Üstəlik, sistem kifayət qədər fərdiləşdirilə bilir. İstifadəçi hansı tətbiqlərin daim məxfi rejimdə qalacağını seçə bilir. Məsələn, bank tətbiqləri və ya messencerlər üçün bu funksiya avtomatik aktiv edilə bilər. Smartfon istifadəçilərinin tez-tez qarşılaşdığı bir vəziyyət var. kimsəyə nəsə göstərmək istəyərkən qəfil gələn şəxsi mesajın yaratdığı narahatlıq. Adətən bu hallarda “Do Not Disturb” rejimi aktiv edilir. Samsung isə bunu daha ağıllı və praktik həll yolu ilə təqdim edir. Hazırda iPhone modellərində belə bir selektiv məxfilik funksiyası yoxdur. Bu isə Apple üçün real rəqabət siqnalı ola bilər.
Paylaş