main-post-cover

    Galaxy Z Fold 2-nin (Galaxy Fold 2) təqdimatı gecikə bilər: Səbəb nədir?

    Cihazlar+
    13.07.2020
    Farid Pardashunas
        Samsung şirkəti Galaxy Note 20 seriyasının təqdim olunacağı Galaxy Unpacked 2020 tədbirinin keçirilmə tarixini artıq elan edib. Təqdimat tədbiri 5 avqust tarixində baş tutacaq. Lakin görünür, həmin təqdimatda şirkət qatlana bilən Galaxy Z Fold 2 (Galaxy Fold-un davamçısı) smartfonunu təqdim etməyəcək. Bu barədə Gagadget saytı xəbər verib. XDA-Developers saytının nüfuzlu redaktorlarından biri olan Max Weinbach bldirib ki, şirkət Galaxy Fold-un davamçısını təxirə salmalı olub.
        Məlumata əsasən bunun əsas səbəblərindən biri odur ki, smartfonun proqram təminatı sentyabr ayı üçün hazır deyil. Max Weinbach-ın fikrincə smartfon 1-2 ay gecikəcək. Ola bilər ki, şirkət Galaxy Z Fold 2-ni ya sentyabrda ya da oktyabrda təqdim etsin. Qeyd etmək lazımdır ki, 5 avqust tarixində şirkət Galaxy Note 20 seriyası ilə birlikdə həmçinin qatlana bilən Galaxy Z Flip smartfon modelinin 5G versiyasını da təqdim etməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər