Logo
    main-post-cover

    Galaxy Z Fold 5 ilə Z Flip 5 hansı gücdə sürətli şarj texnologiyasını əldə edəcək?

    Cihazlar+
    25.04.2023
        Samsung şirkətinin növbəti qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 5 ilə Z Flip 5 barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Bu dəfə sözügedən smartfonlar Çinin 3C adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçiblər. Onlardan biri SM-F7310, digəri isə SM-F9460 model nömrəsinə sahibdir. Sertifikatlaşdırma agentliyinin məlumatlar bazasındakı dokumentasiyaya əsasən Galaxy Z Fold 5 ilə Z Flip 5 25 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəklər.
        Qeyd etmək lazımdır ki, keçən ilki Galaxy Z Fold 4 ilə Z Flip 4 də 25 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahibdirlər. Çindən olan brendlər isə öz qatlana bilən smartfonlarında artıq 120 vatt gücündə sürətli şarj texnologiyasını təklif edirlər. Digər texniki göstəricilər baxımından Galaxy Z Fold 5 ilə Z Flip 5-in Snapdragon 8 Gen 2 for Galaxy prosessoru, yüksək təsvir yenilənməsinə sahib AMOLED ekran və 4500-5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaqları gözlənilir. Qeyd etmək lazımdır ki, Samsung öz yeni qatlana bilən smartfonlarını avqust ayında təqdim etməldir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Galaxy Z Fold 5 ilə Z Flip 5 hansı gücdə sürətli şarj texnologiyasını əldə edəcək? | Technote