Logo
    main-post-cover

    Galaxy Z Fold 5 ilə Z Flip 5-in soyuq havada istifadə edilməsi məsləhət görülmür

    Cihazlar+
    01.08.2023
    Emil
        Samsung şirkəti keçən həftə təqdim edilmiş Galaxy Z Fold 5 ilə Z Flip 5 barəsində maraqlı məlumatları təqdim edib. Təqdim edilmiş məlumatlar sözügedən yeni qatlana bilən smartfonların aşağı və yuxarı temperatur şəraitində necə çalışdıqlarını əks etdirirlər. Beləliklə verilmiş məlumata əsasən +25 dərəcə Selsi şəraitində sözügedən smartfonların ekranları 200 000 dövr qatlanma/açılma özəlliyinə sahib olurlar.
        60 dərəcə Selsi şəraitində bu göstərici 150 000 dövr qatlanma/açılmaya düşür. -20 dərəcə Selsi temperatur şəraitində smartfonların ekranlarındakı qatlanma/açılma göstəricisi 30 000 dövr təşkil edir. İstifadəçilərin soyuq hava şəraitində bu cür cihazların ekranlarının sıradan çıxmaları barədə şikayətlərini nəzərə alsaq, 30 000 dövr qatlanma/açılma göstəricisi heç də çox deyil. Lakin bu, 3 il ərzində hər gün smartfonun təqribi olaraq 27 dəfə qatlanıb/açılması deməkdir.
    Paylaş
    Bənzər xəbərlər