Garmin Forerunner 55 yarım marafon üçün şəxsi məşqçini əvəz edə bilərmi?
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Garmin idman saatları bazarında ən məşhur brendlərdən biridir və onun Forerunner seriyası xüsusilə qaçışçılar üçün nəzərdə tutulub. Bu seriyanın giriş səviyyəli modeli olan Garmin Forerunner 55 münasib qiyməti və qaçışa fokuslanan funksiyaları ilə seçilir. Bəs bu saat yarım marafon hazırlığında şəxsi məşqçini əvəz edə bilərmi?
Forerunner 55-də daxili GPS mövcuddur və bu, telefon olmadan məsafə, temp və marşrutun dəqiq ölçülməsinə imkan verir. Uzun məsafəli məşqlərdə bu xüsusiyyət qaçışçıya irəliləyişini analiz etməyə və nəticələri müqayisə etməyə kömək edir. GPS həmçinin temp və yüksəklik kimi göstəricilərin daha dəqiq olmasını təmin edir. Saatın bərpa (recovery) vaxtı funksiyası isə həddindən artıq yüklənmənin qarşısını almaqda mühüm rol oynayır. Forerunner 55 məşqdən sonra bədənin nə qədər istirahətə ehtiyacı olduğunu göstərir. Bu da zədələnmə riskini azaltmaq və uzunmüddətli davamlılıq üçün vacibdir.
Şəxsi məşqçiyə ən çox bənzəyən funksiyalardan biri “Daily Suggested Workouts” adlı gündəlik tövsiyə edilən məşqlərdir. Saat son qaçışlarınızı, tempinizi və ümumi fitness səviyyənizi analiz edərək hər gün üçün uyğun məşq təklif edir: yüngül qaçış, interval, temp qaçışı və ya istirahət günü. Yuxu və yorğunluq səviyyəsi də nəzərə alınır. Bundan əlavə, “Race Predictor” funksiyası VO₂ max və son nəticələrə əsaslanaraq yarım marafon da daxil olmaqla müxtəlif məsafələr üçün təxmini bitirmə vaxtı göstərir. “PacePro” isə yarış və temp qaçışları zamanı düzgün sürəti qorumağa kömək edən ağıllı pacing strategiyası təqdim edir.
Nəticə olaraq, Forerunner 55 tam fərdi yanaşma təqdim edən real məşqçini tam əvəz etməsə də, yarım marafona hazırlaşan qaçışçılar üçün kifayət qədər ağıllı, motivasiyaedici və əlçatan bir alternativ hesab oluna bilər.
Paylaş
Bənzər xəbərlər