
Geekbench sayəsində Samsung Galaxy A35-in hansı prosessora sahib olacağı məlum olub
Cihazlar+
15.02.2024
Emil
Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti Galaxy A35 smartfonunun təqdimatına hazırlaşır. İndi isə sözügedən smartfonun Geekbench testlərindən keçdiyi məlum olub. Bunun sayəsində smartfonun bəzi özəllikləri ortaya çıxıb. Beləliklə Geekbench məlumatlarına əsasən Galaxy A35 smartfonu Exynos 1380 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Galaxy A54, M54 və F54 smartfonları da bu prosessor vasitəsilə çalışırlar. Geekbench testlərindən Galaxy A35-in 8 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı məlum olub ki, smartfon qutudan Android 14-ü əldə edəcək. Galaxy A35 Geekbench-in bir nüvəli testi çərçivəsində 1020 xal, çox nüvəli testi çərçivəsində isə 2973 xal toplayıb. Gözləntilərə əsasən smartfon yaz fəslinin əvvəlində təqdim olunacaq.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
