
Geekbench sayəsində Samsung Galaxy Z Flip 6 barəsində yeni təfərrüatlar məlum olub
Cihazlar+
19.04.2024
Farid
Samsung yay fəslində qatlana bilən qapaqlı Galaxy Z Flip 6 smartfonunu təqdim etməlidir. İndi isə məlum olub ki, sözügedən yeni qatlana bilən qapaqlı smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub. Beləliklə Geekbench məlumatlarına əsasən Galaxy Z Flip 6 smartfonu Snapdragon 8 Gen 3 for Galaxy prosessoru vasitəsilə çalışacaq. Smartfon Vulkan API testi çərçivəsində 15 050 xal toplayıb. Bu isə Galaxy S24-un test nəticəsinə yaxındır. Vulkan API testindən Galaxy Z Flip 6-nın 8 GB RAM-a sahib versiyası keçib. Bununla belə onun 12 GB RAM-a sahib versiyasının olacağı da gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
