Geekbench testləri sayəsində Xiaomi Mix 5 Pro flaqman smartfonu barəsində məlumatlar ortaya çıxıb
Cihazlar+
16.03.2022
Farid Pardashunas
Xiaomi şirkətinin gələcək flaqman smartfonu olacaq Xiaomi Mix 5 Pro-nun sahib olacağı texniki özəlliklər barəsində məlumatlar Geekbench bençmark saytının məlumatlar bazasında ortaya çıxıb. Bir neçə müddət bundan öncə Thor kod adına və 2203121C model nömrəsinə sahib cihaz Geekbench-də ortaya çıxmışdı. Son məlumatlara əsasən isə Xiaomi Mix 5 Pro smartfonu məhz Thor kod adına və 2203121C model nömrəsinə sahibdir.
Geekbench-dəki məlumatlara əsasən smartfon Snapdragon 8 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən keçmiş Xiaomi Mix 5 Pro modeli 12 GB RAM ilə təchiz olunub. Beləliklə smartfon Geekbench-in birnüvəli testində 1267 xal, çoxnüvəli testində isə 3456 xal toplayıb. Əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, yeni flaqman smartfon 2K keyfiyyətində ekran, ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kamera və 200 vatt gücündə sürətli şarj texnologiyası ilə təchiz olunacaq. Mix 5 Pro artıq bu ay adi Mix 5 ilə birlikdə təqdim oluna bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)