Geekbench: 'Xiaomi mobil oyunlar zamanı öz smartfonlarının performanslarını aşağı salır'

Geekbench: 'Xiaomi mobil oyunlar zamanı öz smartfonlarının performanslarını aşağı salır'

Mobil Cihazlar
29.03.2022 PAYLAŞIM

    Məşhur Geekbench bençmark saytının təmsilçilərindən biri Xiaomi Mi 11 smartfon modelinin qeyri-adi test nəticələrini təqdim edib. Məsələ burasındadır ki, smartfonun adi test nəticələri normaldır. Lakin test çərçivəsində mobil oyunları işə salan zaman smartfonun performans göstəriciləri nəzərə çarpacaq dərəcədə aşağı düşüb. Geekbench bençmark saytının yaradıcılarından biri olan John Poole öz Twtter hesabında bildirib ki, Xiaomi şirkəti müəyyən tətbiqlərin işə salınması zamanı smartfonlarının performanslarını aşağı salır. Həmin tətbiqlərin siyahısı isə əməliyyat sisteminin daxilinə inteqrasiya edilib. Nəticədə siyahıda olan bu və ya digər tətbiq işə düşən zaman smartfonun performansı avtomatik olaraq aşağı düşür.


    Məsələn, Mi 11 smartfonundakı Geekbench tətbiqinin adı Fortnite-a dəyişdiriləndən sonra smartfonun Geekbench-in birnüvəli testində göstəriciləri 30%, çoxnüvəli testində göstəriciləri isə 15% aşağı düşüb. Eyni hadisə bençmark tətbiqinin adının Genshin Impact oyununun adı ilə əvəz edilməsindən sonra da müşahidə edilib. Güman edilir ki, Xiaomi yüksək resurs tələb edən tətbiqlərin işə salınması zamanı smartfonun performans göstəricilərini bilərəkdən aşağı salır ki, smartfon qızmasının qarşısı alınsın və batareyanın çalışma müddəti uzansın. Xiaomi daha öncə rəsmi şəkildə öz smartfonunda bu cür özəlliyin olduğu barəsində məlumat verməmişdi. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə eyni hal Samsung smartfonlarında da müşahidə edilmişdi. Nəticədə Samsung bu mənfi özəlliyi aradan qaldıran sistem yenilənməsini təqdim etdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi 12S-in güman edilən ilk real fotosu internetdə ortaya çıxıb

Çinin Weibo sosial şəbəkəsində Xiaomi 12 seriyasının yeni modelinin ilk real fotosu ortaya çıxıb...


Nothing şirkətinin ilk smartfonu olacaq Nothing Phone (1) haqqında yeni məlumatl..

8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Car..


Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina..

Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 22..


Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar.


Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını tə..

Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib.


Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib - QİYMƏTİ

Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır...

×