Logo
    main-post-cover

    Gələcək AirPods-lar ürək döyüntüləri tezliyini ölçə və ürək xəstəliklərini təyin edə biləcəklər

    Cihazlar+
    30.09.2024
    Emil
         Verilmiş məlumata əsasən Apple şirkəti öz qulaqlıqlarının funksionallıqlarını genişləndirmək və onlarda istifadəçi ürəyinin vəziyyətinin monitorinqi imkanını reallaşdırmaq istəyir. Bir neçə müddət bundan öncə 9to5mac saytı iOS 18-in beta versiyasında belə bir məlumat aşkar etmişdi ki, gələcək AirPods modelləri ürək döyüntüləri tezliyini ölçməyə imkan verəcəklər. “İdman zamanı hər iki qulaqlıqdan istifadə edərək ürək döyüntüləri tezliyini təyin edin və əldə edilmiş məlumatı Apple Health tətbiqinə göndərin” - deyə iOS 18-də qeyd edilmişdi.
         Bəzi mənbələrin sözlərinə əsasən sözügedən funksiya artıq gələn il AirPods Pro 3-də və Powerbeats Pro-da reallaşdırılacaq. Apple şirkətinin növbəti patent sorğusu ürək döyüntüləri tezliyinin ölçülməsi imkanının müxtəlif xəstəliklərin təyin edilməsində istifadəsinə işarə edir. Bunun üçün əsas alət qismində isə qulaqlıqlardakı mikrofonlar çıxış edəcəklər. Onlar ürək aktivliyini dinləyə və müxtəlif patoloji halları təyin edə biləcəklər. Buna misal olaraq damar xəstəliklərini, ürək ritmi ilə bağlı problemləri, ürək klapanları və əzələsi xəstəliklərini gətirmək olar.
    Paylaş