main-post-cover

    Gələcək iPhone-larda fərdi şəkildə dəyişdirilə bilən arxa panellər imkanı reallaşdırıla bilər

    Cihazlar+
    24.06.2024
    Emil Nəcəfov
       Apple şirkətinin yeni patent sorğusuna əsasən şirkət iPhone-lar üçün fərdi şəkildə dəyişdirilə bilən arxa panellər imkanını reallaşdırmağı nəzərdən keçirir. iPhone-lar üçün nəzərdə tutulmuş bu cür imkan smartfonların funksionallıqlarını tamamilə dəyişə bilər. Patent sorğusuna əsasən istifadəçi smartfonun standart arxa panelini müxtəlif əlavə funksiyalara sahib digər arxa panel ilə əvəz edə bilər. Məsələn daha fərqli arxa panel yaxşılaşdırılmış səsgücləndiriciləri və ya istifadəçi səhhətinin monitorinqi üçün nəzərdə tutulmuş sensorları əldə edə bilər.
         Fərdi şəkildə dəyişdirilə bilən arxa panel konsepsiyasında iPhone 12 və ondan sonra işıq üzü görmüş digər iPhone-larda istifadə edilən MagSafe aksesuarlarındakı maqnitlərin istifadəsinə əsaslanır. Məlumata əsasən dəyişdirilə bilən panellər özlərində əlavə batareyaları, kameraları və ya ekranları da birləşdirə bilərlər. Qeyd etmək lazımdır ki, bu sadəcə patent sorğusudur və Apple şirkətinin iPhone-larda bu cür konsepsiyanı 100% reallaşdıracağına dair zəmanət yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Vision Pro-nun ikinci nəsli və sadələşdirilmiş versiyası üzərində çalışır
    apple-vision-pro-nun-ikinci-nesli-ve-sadelesdirilmis-versiyasi-uzerinde-calisir
    Apple, "Apple Intelligence"in nəyə görə köhnə cihazlarda çalışmadığını açıqlayıb!
    apple-apple-intelligencenin-neye-gore-kohne-cihazlarda-calismadigini-aciqlayib
    Apple şirkəti Vision Pro 2-nin hazırlanma prosesini dayandırıb
    apple-sirketi-vision-pro-2-nin-hazirlanma-prosesini-dayandirib
    Apple Watch Series 10 smart saatı barəsində məlumatlar təqdim edilib
    apple-watch-series-10-smart-saati-baresinde-melumatlar-teqdim-edilib
    Apple öz əsas cihazlarını daha nazik gövdə ilə təmin etməyi hədəfləyib
    apple-oz-esas-cihazlarini-daha-nazik-govde-ile-temin-etmeyi-hedefleyib