Logo
    main-post-cover

    Gələcək iPhone-larda ön kameranın ekranın alt hissəsinə yerləşdirilməsi nəzərdən keçirilir

    Cihazlar+
    05.12.2024
    Emil
         ABŞ Ticarət Nişanları və Patentləri Agentliyi Apple şirkətinin yeni patent sorğusunu qeydiyyatdan keçirib. Şirkətin yeni patent sorğusunda gələcək iPhone-ların ekranlarının konstruksiyası əks olunub. Patent sənədlərinə əsasən Apple gələcək iPhone modellərində ön kameranı ekranın alt hissəsinə yerləşdirməyi nəzərdən keçirir. Patent sənədlərində əks olunmuş məlumata əsasən yeni texnologiya kameranın və üz skanı sensorunun ekranın alt hissəsinə yerləşdirilməsi halında onların düzgün şəkildə çalışmalarını təmin edəcək.
         Ön kameranın və üz skanı sensorunun ekranın alt hissəsinə yerləşdirilməsi öz növbəsində ekranın faydalı sahəsini genişləndirəcək və bu halda ekran üzərində heç bir çıxıntı yerləşdirməyə ehtiyac qalmayacaq. Fotolardan belə qənaətə gəlmək olar ki, Apple iPhone-lardakı ekran üzərində Dynamic Island çıxıntısının istifadəsinə davam etməyi də nəzərdən keçirir. Lakin bu halda şirkət çox güman ki, çıxıntı hissənin ilk növbədə ölçüsünü kiçiltməyə hədəflənəcək. O bunu ön kameranı və ya üz skanı sensorunu ekranın alt hissəsinə yerləşdirməklə edə bilər. Bunun nə zaman reallaşacağı bilinmir.
    Paylaş