
Gələcək MacBook Pro-ların ekranlarında ənənəvi çıxıntı hissə olmayacaq
Cihazlar+
10.12.2024
Emil
Omdia şirkətinin təqdim etmiş olduğu məlumata əsasən Apple şirkəti 2026-cı ildə satışa çıxacaq 14 və 16 düym ekranlı MacBook Pro noutbuklarında ekran üzərindəki ənənəvi çıxıntı hissəni aradan qaldıracaq. Məlumatda qeyd edilib ki, veb kamera ənənəvi çıxıntı hissə daxilində yerləşmə əvəzinə kiçik ölçülü dairəvi çıxıntı daxilində yerləşəcək.
Lakin bununla belə 2026-cı ildə satışa çıxacaq bu MacBook modellərinin ekranlarında Dynamic Island imkanının olub-olmayacağı bilinmir. Ənənəvi çıxıntı hissənin olmaması öz növbəsində ekran üzərindəki faydalı sahəni genişləndirəcək. Bununla yanaşı 2026-cı ildəki MacBook Pro-ların OLED ekranları əldə edəcəkləri gözlənilir. OLED ekranlar gələcək MacBook-larda daha parlaq görüntünü təmin edəcək və daha aşağı enerji sərfiyyatına sahib olacaqlar.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
