Gələn il 32 GB RAM-a sahib smartfonlar təqdim olunacaq

Gələn il 32 GB RAM-a sahib smartfonlar təqdim olunacaq

Mobil Cihazlar
06.09.2023 PAYLAŞIM

    Son illərdə smartfon istehsalçıları öz aralarında müxtəlif mövzular üzrə rəqabətə girdilər. Buna yüksək sürətli şarj texnologiyasını, 200 MP-lik kameraların dəstəyini, böyük həcmli daxili yaddaşları və hətta soyutma sistemlərini də gətirmək olar. İndiki zamanda bu texnologiyalar artıq adi istifadəçiləri o qədər də təəccübləndirmirlər. Nəticədə smartfon istehsalçıları öz alıcılarını təccübləndirməyin yollarını axtarırlar. Görünür, smartfon istehsalçıları arasında növbəti belə rəqabət RAM yaddaşlarını əhatə edəcək. Bir sıra istehsalçı artıq bu ilin yay fəslində 24 GB RAM-a sahib smarfonları təqdim etdilər.

    Lakin Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən istehsalçılar bununla yetinmək niyyətində deyillər. Belə ki, insayderin sözlərinə əsasən bəzi smartfon istehsalçıları artıq 32 GB RAM-a sahib smartfonlar üzərində çalışmağa başlayıblar. İnsayder smartfon istehsalçılarının konkret adlarını çəkməsə də güman etmək olar ki, bu cür smartfonların hazırlanması ilə çox güman ki, ZTEOnePlus məşğuldur. Lakin bu il ərzində 32 GB RAM-a sahib smartfonları gözləmək lazım deyil. Belə ki, həmin smartfonlar yalnız gələn il təqdim olunacaqlar.




DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×