main-post-cover

    Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq

    Mobil Cihazlar
    28.09.2023
    Emil Noisy
        Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung Sony smartfonlarında nadir rast gəlinən bir özəllik idi. Çinli şirkətlər tərəfindən istehsal edilən smartfonlarda isə sözügedən özəllik nisbətən yeni istifadə edilməyə başladı. Bunun əsas səbəbi smartfonlarda sudan qorunma özəlliyinin reallaşdırılmasının qəlizliyində deyil, IP68 standartının sertifikatlaşdırılmasının baha başa gəlməsindədir. Bu isə öz növbəsində aşağı satış qiymətlərinə sahib Çin istehsalı smartfonlar üçün heç də optimal deyil. Lakin insayderlərin vermiş olduqları yeni məlumata əsasən IP68 standartının sertifikatlaşdırılma xərci getdikcə aşağı düşür. Bu səbəbdən də artıq gələn il bazara IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib daha çox Çin istehsalı smartfon satışa çıxacaq.
    Linki kopyala
    © 2015-2023 Technote MMC