main-post-cover

    Gələn il iPhone 17 Plus smartfonu iPhone 17 Slim ilə əvəz edilə bilər

    Cihazlar+
    09.07.2024
    Emil Nəcəfov
         Apple şirkəti gələn il iPhone 17 smartfon seriyasını təqdim edəcək. Ortaya çıxmış yeni məlumata əsasən Apple gələn ilki iPhone 17 smartfon seriyasında iPhone Plus modelini iPhone Slim adlı model ilə əvəz edəcək və Slim modelində çoxlu dəyişikliklər gözlənilir. Ortaya çıxmış məlumatlarda qeyd edilib ki, iPhone 17 Slim modeli hal-hazırda aktual olan iPhone modellərindən daha nazik və yüngül olacaq. Bununla yanaşı onun alüminium materialdan hazırlanmış gövdəni əldə edəcəyi gözlənilir.
         Smartfonun dizayn özəlliklərindən biri üfüqi vəziyyətdə yerləşdirilmiş arxa kameralar olmalıdır. Ön paneldən isə smartfon daha kiçik ölçülü Dynamic Island çıxıntısını əldə etməlidir. Məlumatda qeyd edilib ki, iPhone 17 Slim xarici görünüşcə ümumilikdə iPhone X-ə bənzəyəcək. Bununla yanaşı iPhone 17 Slim 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.55 düym ölçülü ekranı əldə edəcək. Bundan əlavə olaraq məlumata əsasən 120 Hz-lik təsvir yenilənməsi dəstəyini adi iPhone 17 modelinin də əldə edəcəyini gözləmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple, Rusiyada "tələb üzrə" VPN tətbiqlərini silməyə başlayıb!
    apple-rusiyada-teleb-uzre-vpn-tetbiqlerini-silmeye-baslayib
    Yenilənmiş Siri gələn ildən tez istifadəyə verilməyə bilər
    yenilenmis-siri-gelen-ilden-tez-istifadeye-verilmeye-biler
    Apple adi iPad və iPad mini planşetlərinin yeni modellərini hazırlayır
    apple-adi-ipad-ve-ipad-mini-plansetlerinin-yeni-modellerini-hazirlayir
    iPhone 16 Pro keçən ilki iPhone 15 Pro Max-ın eksklüziv imkanını əldə edəcək
    iphone-16-pro-kecen-ilki-iphone-15-pro-max-in-ekskluziv-imkanini-elde-edecek
    Apple 7 düym ekranlı yeni ev aksesuarı üzərində çalışır
    apple-7-duym-ekranli-yeni-ev-aksesuari-uzerinde-calisir