
Gələn il smartfonlarda zoom kameralar arasında növbəti mübarizə baş tutacaq
2020-ci ildə Samsung şirkəti zoom kameraların yarışına start vermişdi. Həmin vaxtda bu mövzuda lider smartfon Galaxy S20 Ultra idi. Belə ki, sözügedən smartfon Space Zoom adlı 100 qat zoom özəlliyinə sahib idi. Daha sonra bazarda 120 qatlıq zoom-a sahib Xiaomi 10 Ultra və digər smartfonlar satışa çıxdılar. Lakin istifadəçilərin bu qədər yüksək göstəricili zoom imkanlarına maraqları tez bir zamanda itdi. Belə ki, kameralar yüksək zoom rejimi çərçivəsində o qədər də yaxşı keyfiyyətli çəkilişi təklif etmirdilər. Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən gələn il zoom kameralar arasında növbəti yarışa start veriləcək və bizlər 200 və hətta 300 qat hibrid zoom özəllikli kameraları görəcəyik.
Paylaş
Bənzər xəbərlər