
Gələn il təqdim olunacaq Xiaomi 15 Ultra-nın render fotoları təqdim edilib
Cihazlar+
25.10.2024
Emil
Xiaomi şirkəti 29 oktyabr tarixində Xiaomi 15 və Xiaomi 15 Pro smarttonlarını təqdim edəcək. Gələn il üçün isə Xiaomi 15 Ultra-nın təqdimatı gözlənilir. Smartprix saytı öz növbəsində Xiaomi 15 Ultra-nın indidən render fotolarını təqdim edib. Beləliklə təqdim edilmiş render fotolara əsasən Xiaomi 15 Ultra xarici görünüşcə ümumilikdə Xiaomi 14 Ultra-ya bənzəyəcək. Xiaomi 14 Ultra kimi Xiaomi 15 Ultra da özündə arxa paneldən böyük ölçülü dairəvi kamera sahəsini birləşdirəcək.

Son məlumat sızıntılarına əsasən Xiaomi 15 Ultra-da əsas yenilik ondan ibarət olacaq ki, smartfon 4.3 qat zoom özəlliyinə sahib 200 MP-lik periskop teleobyektivi əldə edəcək. Bununla yanaşı smartfonun 50 MP-lik əsas arxa kameranı, 50 MP-lik ultra geniş bucaqlı kameranı və 50 MP-lik telekameranı əldə edəcəyi gözlənilir. Ön kamera isə çox güman ki, 32 MP-lik olacaq. Son məlumat sızıntılarına əsasən smartfon 6.7 düym ölçülü OLED ekranla təchiz olunacaq və Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq.


Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
