
Gələn il üçün gözlənilən iPhone 17 Air barəsində yeni məlumatlar verilib
Cihazlar+
21.10.2024
Emil
Son zamanlarda ortaya çıxmış məlumata əsasən Apple şirkətinin gələn il təqdim edəcəyi iPhone 17 seriyasına nazik gövdəli model daxil olacaq. Onun iPhone 17 Air adlanacağı gözlənilir. İndi isə insayderlər iPhone 17 Air barəsində yeni məlumatlar veriblər. Beləliklə onların sözlərinə əsasən iPhone 17 Air modeli iPhone 17 Plus-ı əvəz edəcək. Bununla belə məlumatda qeyd edilib ki, nazik gövdəli model nəticədə iPhone 17 Air əvəzinə iPhone 17 Slim adını əldə edə bilər.
Qeyd etmək lazımdır ki, bir neçə ay bundan öncə ortaya çıxmış məlumatlarda iPhone 17 Slim adı da hallanmışdı. İnsayderlər bildiriblər ki, iPhone 17 Air smartfonu Apple A19 prosessoru vasitəsilə çalışacaq. Bu halda iPhone 17 Pro modellərinin A19 Pro prosessorunu əldə edəcəkləri gözlənilir. Üstəlik iPhone 17 Air modeli 8 GB RAM-ı əldə etməlidir. Gözləntilərə əsasən bu yeni iPhone modeli 6.6 düym ölçülü ekranla təchiz olunacaq və onun gövdəsi alüminiumdan hazırlanacaq.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
