
Gələn il üçün gözlənilən yeni Apple HomePod barəsində növbəti məlumatlar verilib
Cihazlar+
23.12.2024
Emil
Son zamanlarda ortaya çıxmış məlumata əsasən Apple şirkəti sensorlu ekrana sahib yeni HomePod üzərində çalışır. İndi isə şirkətin yeni smart səsgücləndiricisi barəsində növbəti məlumatlar ortaya çıxıb. Ortaya çıxmış yeni məlumatlara əsasən növbəti HomePod modeli 7 düym ölçülü sensorlu ekranla təchiz olunacaq. Bunun sayəsində Apple bu cür smart səsgücləndiriciləri istehsal edən digər şirkətlərlə daha üst səviyyədə rəqabət apara biləcək.
Məlumatda qeyd edilib ki, növbəti HomePod üçün sensorlu ekranların istehsalı ilə Çinin Tianma adlı şirkəti məşğul olacaq. Yeni smart səsgücləndirici iPhone 16 və iPhone 16 Plus smartfonlarında istifadə edilən Apple A18 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq cihaz Apple Intelligence ekosisteminin dəstəyinə sahib olacaq. Bu isə o deməkdir ki, növbəti HomePod minimum 8 GB RAM ilə təchiz olunmalıdır. Cihazın nə zaman satışa çıxacağına gəldikdə isə məlumata əsasən o, 2025-ci ildə satışa çıxacaq.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
