
Gələn ildən 20 GB-lıq RAM yaddaşı smartfonlarda norma hesab ediləcək
Müasir smartfonların əksəriyyəti sahib olduqları RAM yaddaşı həcmi mövzusunda artıq adi kompüterlərə çatıblar. Macquarie adlı analitik şirkətin məlumatlarına əsasən yaxın zamanda 20 GB-lıq RAM-a sahib smartfonlar artıq normaya çevriləcəklər. Bununla belə söhbət, hansısa marketinq strategiyasından getmir. Belə ki, smartfonlarda böyük həcmli RAM yaddaşlarının istifadəsi cihazlardakı funksionallıqların genişlənməsi ilə əlaqəli olacaq.
Analitiklərin təqdim etmiş olduqları statistik qrafikdən də görmək olar ki, 8 GB-lıq RAM hal hazırda aktual olan smartfonlar üçün yalnız baza tapşırıqlarının yerinə yetirilməsində kifayət edir. Süni zəka vasitəsilə fotoların stabil şəkildə emal edilməsi üçün isə smartfonun artıq 12 GB RAM-a ehtiyacı olur. Süni zəka köməkçisi ilə birgə digər neyron şəbəkəsi funksiyalarının istifadəsi üçün smartfonun minimum 20 GB RAM-a sahib olması lazımdır. Hal hazırda bazarda 20 GB RAM-a sahib smartfonlar artıq satışda var. Lakin onların sayı hələ ki, azdır. Mütəxəssislərin proqnozlarına əsasən 2024-cü ildə 20 GB RAM-a sahib smartfonların sayı artacaq.
Paylaş
Bənzər xəbərlər